“Qədim şəhər gənc fotoqrafların gözü ilə” adlı müsabiqə elan olunub

“Qədim şəhər gənc fotoqrafların gözü ilə” adlı müsabiqə elan olunub

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Birləşmiş Rəssamlar Klubunun birgə təşkilatçılığı ilə "Qədim Şəhər gənc fotoqrafların gözü ilə" adlı müsabiqə elan olunur. SİA-nın xəbərinə görə, müsabiqənin keçirilməsində məqsəd incəsənətin populyarlaşdırılması vasitəsilə İçəri Şəhərin təbliği, ölkəmizdə yaradıcılıq işinin həvəsləndirilməsi, gənclərə dəstək və onlar arasında tarix və mədəni irsimizin önəmli bir hissəsi olan Qədim şəhərə marağın artırılmasıdır.

Təqdimat və şərtlər. Bu yaradıcılıq müsabiqəsində 17-30 yaş arası gənclər iştirak edə bilər. İştirakçılar öz işlərini ayrı-ayrılıqda çap və elektron formada ("JPEG", minimum 300 dpi) , 2 fərqli fotodan artıq olmamaqla təqdim etməlidir.

Fotolar 5- 25 yanvar 2011-ci il tarixlərində, həftənin I-V günləri saat 10.00-dan 13.00-dək ərzində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-mədəni Mərkəzinə (Ünvan: İçəri Şəhər, V.Məmmədov 16, III mərtəbə) və ya [email protected] elektron ünvanına göndərilməlidir.

Fotolarda İçəri Şəhərin təbliğinə xidmət edən, tarixi-mədəni dəyərlərimizi özündə cəmləşdirən, Qədim şəhərlə bağlı mövzular əks olunmalıdır. Müsabiqə iştirakçıları müəllif hüquqlarına riayət etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə