Lənkəranda 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə xeyiryyə aksiyası keçirilib. İcra Hakimiyyətinin böyük məsləhətçisi Ramiz Hacıyevin SİA-nın cənub bürosuna verdiyi məlumata görə, hər il oduğu kimi bu il də Lənkəran şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə reallaşan xeyriyyə aksiyasında rayonda məskunlaşan qaçqın və məcburi köçkün ailələri, Qarabağ müharibəsi və çernobıl əlilləri, şəhid və aztəminatlı ailələrə bayram sovqatı paylanılıb. Ümumilikdə isə, 1500-ailəyə bayram sovqatı çatdırılıb.
Aksiya zamanı, həmçinin Lənkəranda yaşayan 300 nəfərdən ibarət rus icmasının nümayəndələri də unudulmayıb. Həmin ailələrə də Yeni ili qarşılamaq üçün lazımı ərzaq sovqatları aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB