Əli Əhmədov: “Azərbaycanla ABŞ arasında münasibətlərin bundan sonra da inkişaf etməsi üçün Metyu Brayzanın səfir təyin edilməsi tamamilə normaldır” - MÖVQE

Əli Əhmədov: “Azərbaycanla ABŞ arasında münasibətlərin bundan sonra da inkişaf etməsi üçün Metyu Brayzanın səfir təyin edilməsi tamamilə normaldır” - MÖVQE

"Hesab edirəm ki, Azərbaycanla ABŞ arasında münasibətlərin bundan sonra da inkişaf etməsi üçün belə bir addımın atılması və gözlənilən qərarın qəbul edilməsi tamamilə normaldır". SİA-nın verdiyi xəbərə görə, Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı yeni səfiri təyin edilməsi məsələsinə münasibətində Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov belə deyib.

Ə.Əhmədov hesab edir ki, bütövlükdə Azərbaycan cəmiyyəti və xalqı üçün ən çox gözlənilən məsələ Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə nizama salınmasına ABŞ-ın kömək etməsidir: "İnsanların əsas gözləntisi ABŞ-ın bu məsələyə müsbət münasibət bildirməsidir. ABŞ Dağlıq Qarabağ münqaişəsinin nizama salınması üçün yaradılan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Minsk qrupu indiyə qədər fəaliyyət göstərib amma bizi qane edəcək nəticəsi yoxdur. Münaqişə öz həllini tapmayıb. Təbii ki bunun məsuliyyəti müəyyən dərəcədə Minsk qrupunun həmsədr dövlətlərindən biri olan ABŞ-ın üzərinə düşür. Hesab edirəm ki Minsk qrupunun məsələyə reaksiya verib lazımı nəticələr çıxarmalıdırlar. Yeni səfirdən gözlədiklərimizdən ən birincisi ABŞ-ın həmsədr dövlətlərdən biri kimi münaqişənin nizama salınmasında daha ciddi rol oynamasına öz töhfə verməsidir. Bunu zaman göstərəcək ".

Bütün xəbərlər Facebook səhifəmizdə