Rusiya rəsmiləri qəzaya uğrayaraq 12 nəfərin ölümü ilə nəticələnən hərbi yük təyyarəsinin dünən gecə qalıqlarını aşkar etdiklərini bildiriblər. SİA-nın xəbərinə görə, Moskvadan alınan xəbərdə deyilir ki, bu gün hərbi prokurorluq təyyarəni Moskva şəhərinin 200 km-liyində, Tula regionundakı kənd yaxılığında aşkar edib. Rəsmilər Voronej regionundan Moskvanın şimalında yerləşən Tverə ucan, 1974-cü ildə istehsal edilmiş Antonov An-22 təyyarəsinin dünən gecə radardan itdiyini deyirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB