"Jurnaslitlər də cəmiyyətin parçası olaraq dövlətin qayğısından yararlanır" RƏY-ÖZƏL

"Jurnaslitlər də cəmiyyətin parçası olaraq dövlətin qayğısından yararlanır" RƏY-ÖZƏL

“Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü, təşkilatçılığı, rəhbərliyi ilə Ölkəmizdə vətəndaşların sosial rifah halının yaxşılaşdırılması istiqamətində bir sıra mühüm addımlar atılır. Bunun bariz nəticəsini statistikaya baxmaqla görmək mümkündür. Belə ki, son 15 ildə ölkəmizdə əhalinin sayının 1,5 milyon nəfər artsa da, işsizliyin statistikasında azalan temp saxlanılıb”. Bu fikirləri SİA-ya açıqlamasında Jurnalist Ekspert Mərkəzinin (JEM) sədri Ceyhun Musaoğlu deyib.

Ölkə başçısının aztəminatlı ailələrlə bağlı sərəncamını xüsusi vurğulayan JEM sədri söyləyib ki, atılan addımlar bir daha göstərir ki, vətəndaşlarımızın rifah halının yaxşılaşdırılması ölkədə həyata keçirilən siyasətin əsas istiqamətini təşkil edir.

Onun sözlərinə görə, Azərbaycan dövlətinin sosial qayğısı cəmiyyətin bütün təbəqələrini əhatə edir: “Bura cəmiyyətin bir parçası olan jurnalistlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımları misal çəkmək olar. Təbii ki bunları sadalamaqla bitməz. Amma konkret olaraq media nümayəndələrinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı görülən işlər daim jurnalistlər tərəfindən yüksək səviyyədə qarşılanır. Artıq jurnalistlər üçün 2 bina tikilərək, mənzillər paylanıb. İlk binadan 156 jurnalist evlə təmin olunmuşdusa, ikinci binanın təhvili zamanı 256 KİV nümayəndəsinin mənzil problemi öz həllini tapmış oldu. İndi artıq 3-cü bina tikir. Bütün bunlar dövlətimizin jurnalistikaya göstərdiyi diqqət və qayğının bariz nümunəsidir”.

Zaman-zaman KİV-lərə maliyyə yardımının ayrılması istiqamətində görülən işlərə toxunan C. Musaoğlu vurğulayıb ki, jurnalistlərin müsabiqələrdə iştirakının yüksək qiymətləndirilməsi, eləcə də qəzetlər üçün ayrılan birdəfəlik yardımlar və digərləri Azərbaycan cəmiyyətinin bir hissəsi olan mətbuat nümayəndələrinin sosial rifah halının yaxşılaşdırılmasına, jurnalistikanın inkişafına və bu mühitin daha da şəffaflaşmasına, demokratik dəyərlər üzərində formalaşmasına bir başa təkandır: “ Jurnalistlər də öz yazılarında dövlətçilik, vətənpərvərlik, Azərbaycançılıq ideologiyasını heç zaman unutmamalıyıq. Biz özümüzdən sonra gələn jurnalistlərə də bunu tövsiyə edirik”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə