“Bir növ “siyasi mühacirlər” işverən funksiyasını yerinə yetirirlər” AÇIQLAMA

“Bir növ “siyasi mühacirlər” işverən funksiyasını yerinə yetirirlər” AÇIQLAMA

“Artıq real fakta çevrilib ki, Vidadi İsgəndərli, Orduxan Teymurxan, Tural Sadıqlı, Məhəmməd Mirzəli kimi tipləri erməni lobbisi və ya onlara bağlı olan təşkilatlar maliyyələşdirir və Azərbaycana qarşı yönəldirlər”. Bunu SİA-ya açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib.

Onun sözlərinə görə, yəni ölkəmizi istəməyən həmin xarici qüvvələr məqsədyönlü şəkildə Avropadakı “söyüş qrup”undan istifadə edirlər: “Əslində sözügedən şəxslərin Azərbaycanla bağlı heç bir haqları, hüquqları yoxdur. Heç zaman ölkəmizi ictimai-siyasi həyatında iştirak etməyiblər. Onların işi sifariş əsasında xaricdə ölkəmizin əldə etdiyi uğurlara kölgə salmaqdır. Hesab edirəm ki, V.İsgəndərli, Məhəmməd Mirzəli, Qurban Məmmədov, Rəfail Piriyev və digərləri icraçılardır, burada əsas olan onların arxasında duran qüvvələrdir. Bir növ “siyasi mühacirlər” işverən funksiyasını yerinə yetirirlər. Bunun adı isə satqınıq və xəyanətdir. Xarici məkrli qüvvələr Azərbaycan dövlətinin müstəqil siyasət aparmasını, dünyada yerinin və rolunun möhkəmlənməsindən, iqtisadi, siyasi, hərbi sahədə güclənməsindən narahatdırlar. Eyni zamanda, Azərbaycan regionun lider dövlətidir, ölkəmizdə sabitlik var. Xaricdəki bəzi qüvvələrin neçə dəfə çalışdılar ki, Azərbaycanı Suriyanın, İraqın gününə salsınlar. Amma onların ölkəmiz ilə bağlı planları baş tutmadı və bundan sonrada tutmayacaqdır. İndinin indisində də çalışırlar ki, ölkəmizdə nə isə bir xoşagəlməz bir vəziyyət yaratsınlar amma yenə onların bu məkrli planları baş tutmur, təbii ki, bundan sonrada məkrli istəklərinə nail ola bilməyəcəklər”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə