ABŞ-dan Rusiyaya etiraz

ABŞ Rusiyanın məşhur oliqarxlarından olan Mixail Xodorkovski ilə bağlı məhkəmə qərarından dərin narahatlıq hissi keçirdiyini bəyan edib. SİA-nın xəbərinə görə, Ağ Evdən verilən yazılı açıqlamada məhkəmənin qərarının Rusiyadakı hüquqi dövlətin təməllərini sarsacaq xarakterdə olduğu bildirilib. Açıqlamada Ağ Evin Xodorkovski işini nəzarətdə saxlamağa davam edəcəyi qeyd olunub. Həmçinin bildirilib ki, prezident Barak Obama rusiyalı həmkarı Dmitri Medvedevə bu məsələni sıx-sıx xatırladıb.

ABŞ dövlət katibi Hillari Klinton da rusiyalı oliqarx haqqında çıxarılan hökmün Rusiyada insan haqlarına zərər verə biləcəyini deyib.

Qeyd edək ki, 2005-ci ildən bəri həbsdə olan Mixail Xodorkovskinin gələn il azadlığa buraxılması gözlənilərkən, ona qarşı əlavə ittihamlar irəli sürülüb. Məhkəmə Xodorkovski və ortağı Platon Lebedevin "Yukos" şirkəti vasitəsilə neft oğurlamasına və çirkli pulların yuyulmasında işirak etdiyinə dair ittihamları haqlı sayıb. Bu hökmə görə, Xodorkovski 2017-ci ilədək həbsdə qalacaq

Bütün xəbərlər Facebook səhifəmizdə