Deputat həbs olunacaq 14 milyonluq rüşvət

Deputat həbs olunacaq 14 milyonluq rüşvət

Ermənistanın Baş prokurorluğu ölkə parlamentinə Respublika partiyasından olan deputat Aram Arutunyanla bağlı müraciət ünvanlayıb. SİA armenianreport-a istinadən xəbər verir ki, müraciətdə onun deputat toxunulmazlığının aradan qaldırılması və həbs olunmasına şəraitin yaradılmasıdır. Erməni saytı ölkə prokurorluğunun saytına istinadən onu da yazır ki, Aram Arutunyan xüsusilə 14 milyon dollar daxil olmaqla, külli miqdarda rüşvət almaqda ittiham edilir. Bildirilir ki, o, bu rüşvəti 2008-ci ildə - Ermənistanın təbii sərvətlər naziri olarkən alıb.

Xatırladaq ki, Aram Arutunyan şəhər tikintisi naziri vəzifəsində də çalışıb, eyni zamanda, həm Robert Koçaryana, həm də Serj Sarkisyana yaxınlığı ilə seçilənlərdən olub.

Qeyd edək ki, Aram Arutunyan Qarabağ doğumlu ermənidir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə