Şarmazanovdan Paşinyana ciddi İTTİHAM

Şarmazanovdan Paşinyana ciddi İTTİHAM

Bizdən fərqli olaraq, hakimiyyət öz proqramlarını xalqa təqdim etmək yolu ilə deyil, “asfalta yatızdırmaq”, “boyun qırmaq” proqramı ilə gedir və insanları təhdid edir. SİA xəbər verir ki, bunu Facebook vasitəsi ilə canlı yayıma çıxan Respublika partiyasının nümayəndəsi Eduard Şarmazanov Lori vilayətində seçiciləri ilə görüşü ərəfəsində deyib.

“Hər gün mənim də narahatlıqlarım artır və seçicilərimlə yanaşı, vətəndaşların da narahatlıqları artır”, deyən Şarmazanov KTMT məsələsi ətrafında da danışaraq xatırladıb ki, Paşinyan üçün bu məsələ mövcud və mühüm deyil: “Əgər bir şey ki, əhəmiyyətli deyil, onda nəyə görə baş katibliyin Ermənistan tərəfində saxlanılması üçün əlindən gələni etdiyini bəyan edirsən? Bəlkə dekabrın 6-da sənin üzündən Ermənistanı KTMT-nin baş katibliyi vəzifəsindən uzaqlaşdırılacağını hiss etməyə başlamısan və bu məsələnin mövcud olmadığını da deyirsən?”

Şarmazanov Paşinyanın qondarma “DQR”- in erməni əhalisini təhqir etdiyini də deyib: “Bəs 800 min (bu qərəm şişiridilib – R.) əhalini işsiz-gücsüz, boşboğaz adlandırmağınna nə deyək?”

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə