Azər Həsrət: “Pul ötürən mərkəzlər artıq əllərini bunlardan üzdülər" ÖZƏL-ŞƏRH
“Artıq bir neçə gündür ki, xaricdə yaşayan və Azərbaycan dövlətinə qarşı ardıcıl şəkildə kampaniya aparan şəbəkənin aparıcı nümayəndələri Məhəmməd Mirzəli və Tural Sadıqlı bir-birinə qarşı ifşaedici açıqlamalar verirlər. Biz bunlarla bağlı uzun müddətdir deyirik ki, adamların dərdi Azərbaycanda insan haqları, demokratiya və sairə deyil. Onların dərdin yalnız qarın davasıdır. Sadəcə olaraq haradan daha çox pul qopara bilərik davasıdır. Yəni bu adamlar özlərini daha baha qiymətə satmaq üçün dəridən-qabıqdan çıxırdılar”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Onun sözlərinə görə, Avropada, Amerikada oturan ağaları onlara bu və ya digər şəkildə maliyyə ötürən mərkəzlər gördülər ki, adamların fəaliyyətinin heç bir effekti yoxdur: “Yəni Azərbaycan ictimai rəyinə bunlar təsir edə bilmirlər. Təsir edə bilmədiklərinə görə də onlara pul ötürən mərkəzlər artıq əllərini bunlardan üzdülər və üzüncə də təbiidir ki, ortada bir problem yarandı. Yəni başımızı hansı pulla saxlayaq və qarnımızı hansı pulla doyduraq. Ona görə də indi Məhəmməd Mirzəli və Tural Sadıqlı bir-birinin üstünə düşüblər. Onların iddia etdiyi əsas məsələ bir qıraqda qalıb və bir-birlərinin üstünə düşərək ittiham edirlər. Bu təbiidir. Çünki belə hal ilk dəfə baş vermir. Onlara qədər də bu və ya digər şəkildə bu cür proseslərdə adı hallanan xeyli şəxs olub. O şəxslər də bir müddət guya demokratiya, insan haqları və sairə uğrunda mübarizə apardıqlarını, cəfakeş kimi özlərini təqdim ediblər. Amma pulları tükənəndə təbii ki, o adamlar da tükəniblər və meydandan çəkilib gediblər. Niyə? Çünki ağaları pul vermir və pul vermirsə bizdə işləmirik. Bax, bunların əsl siması budur.
Biz Azərbaycanda uzun müddətdir ki, ictimai-siyasi fəaliyyətlə məşğuluq və media sahəsində çalışırıq. Şəxsən mən nə meydanlarda, nə bizim apardığımız o mübarizələrdə, nə də etiraz aksiyalarında Məhəmməd Mirzəli və Tural Sadıqlı adından adamlara heç vaxt rast gəlməmişəm. Bunların adını mən sadəcə olaraq Avropada oturub Azərbaycana qarşı təhqir kampaniyası apardıqları zamanı öyrənmiş oluram. Təbiidir ki, belə adamlarla bağlı qərar verəndə bizim ictimai rəyimizdə olan insanlar da, ictimaiyyətimiz də diqqətli olmalıdır ki, birdən-birə adamlar Avropada peyda olurlar və Azərbaycanda konkret şəxsləri, siyasi xadimlər, dövlət rəsmilərini söyməyə, təqhir etməyə başlayırlar. Sual olunur. Bunlar kim idi, haradan ortaya çıxdılar. Təbiidir ki, onların pulu kəsilincə də bir-birlərinin üzərinə düşməsi tam təbii haldır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB