Azərbaycan Prezidenti Albaniya və Mavritaniya xalqını təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya və Mavritaniya Respublikalarının milli bayramı münasibətilə bu ölkələrin prezidentlərinə təbrik məktubları ünvanlayıb. Məktublarda deyilir:
Albaniya Respublikasının Prezidenti Zati-aliləri cənab İlir Metaya
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan-Albaniya əlaqələrinin, dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafı bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Albaniya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
***
Mavritaniya İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd uld Əbdüləzizə
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Mavritaniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Mavritaniya xalqına əmin-amanlıq və rifah diləyirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB