Şəmsəddin Hacıyev: “ Xaricdə təhsil alıb qayıdan tələbələr 70-in 30-a nisbətindədir”
İqtisad Universitetinin ingilis dilinin xüsusi qrupunda təhsil alıb və xaricdə təhsilini davam etdirən tələbələrinin Azərbaycanda işlə təmin edilməsi istiqamətində mühüm işlər görülür". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri, İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev bildirib. Onun sözlərinə görə, artıq həmin qrupu bitirib və xaricdə təhsil alan 27 nəfər gənc mütəxəssis müsabiqə əsasında universitetdə işlə təmin olunub: "Biz onların işlə təmin edilməsi istiqamətində mühüm addımlar atırıq. Onların kadr kimi yetişməsində də işlər görəcəyik. Eyni zamanda fakültə səviyyəsində artıq 10 ilə yaxındır, mövcud olan ingilis dili xüsusi qrupundan başqa xarici dilli qrupların hələ açılması nəzərdə tutulmayıb".
İqtisad Universitetinin rektoru həmçinin bildirib ki, xaricdə təhsil alıb qayıdan tələbələr 70-in 30-a nisbətindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB