YAP milyonların partiyasıdır

Naftalan şəhər icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının birgətəşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının 26-cı ildönümü münasibəti ilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Naftalan şəhər Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə şəhər icra hakimiyyətinin başçısı Rövşən İbrahimov çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla, ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. O, qeyd edib ki, Yeni Azərbaycan Partiyasınınyaradıcısı, Ulu Öndər Heydər Əliyevin siyasi kursu bu gün Onun layiqli davamçısı Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev uğurla davam etdirir.

Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev çıxışında Yeni Azərbaycan Partiyasının yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Ümummilli Lider Heydər Əliyevin xalqın və dövlətin qarşısında göstərdiyi böyük xidmətlərdən danışıb: "Ümummilli Lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər, artıq Azərbaycanı inkişaf yoluna çıxarıb. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Müstəqil dövlət ideyası Azərbaycanın yeni tarixində, məhz Ulu Öndər Heydər Əliyevin adı və şəxsiyyəti ilə bağlıdır".

Tədbirdə YAP Naftalan şəhər təşkilatı gənclər birliyinin sədri Aynurə Novruzova çıxış edərək, qeyd edib ki, bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, nəinki ölkənin, regionun aparıcı siyasi qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolu, keyfiyyət və kəmiyyət baxımından gündən-günə zənginləşir. YAP-ın sıralarında gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların da mütləq əksəriyyəti də gənclərdən ibarətdir.

Tədbirdə bir qrup YAP üzvləri Yeni Azərbyacan Partiyasi Naftalan şəhər təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə partiyanın 26-cı ildönümü münasibətilə Fəxri Fərmanla təltif ediliblər.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə