Aprel müharibəsinin təxribatçıları etiraz aksiyası keçiriblər İRƏVANDA

Aprel müharibəsinin təxribatçıları etiraz aksiyası keçiriblər İRƏVANDA

2016-cı ilin aprel müharibəsində işğalçı Ermənistan ordusunun tərkibində Azərbaycana qarşı döyüşmüş erməni hərbçiləri İrəvanın mərkəzində yerləşən hökumət binasını mühasirəyə alaraq, etirazlarını bildiriblər. SİA xəbər verir ki, bu barədə qeyd edən “Sputnik Armeniya”nın yazdığına görə, etiraz nəticəsində onlar Respublika meydanının da yerləşdiyi yaxınlıqdakı əraziləri tutmağa çalışıblar. Lakin polis nümayişçilərin qarşısını alıb.

Erməni hərbçiləri məhz Nikol Paşinyanın 2018-ci ilin aprelində keçirdiyi kütləvi tədbirlər vaxtı xalqın verdiyi dəstəyi nəticəsində küçə və prospektləri bağladığını xatırladaraq, indi də onların şikayətlərini dinləməyə çağırıblar. “Biz, tələb edirik ki, bizə dəstək göstərsin və məsələmizi həll etsin”, hərbi əməliyyatlarda iştirak etmiş Tiqran adlı şəxs bunu polisin onların qarşısını kəsmək istədikləri zamanı deyib.

Etiraz aksiyasının iştirakçıları tələb edirlər ki, müharibədə iştirakları ilə bağlı həbri biletlərində qeydlər edilsin və onlara səhiyyə xidməti, eləcə də təhsil xərclərinin aşağı salınması məsələsində imtiyazlar tətbiq olunsun.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə