Rasim Musabəyov: “Diplomatların bacarmadıqlarını Xalq diplomatiyasından gözləmək mümkün deyil” - MÖVQE
"Azərbaycanla Ermənistan arasında "xalq diplomatiyası"nın yaranmasında mənfi heç nə yoxdur". Bu sözləri millət vəkili, politoloq Rasim Musabəyov SİA-ya açıqlamasında deyib. O bildirib ki, "xalq diplomatiyası" çərçivəsində hər iki tərəfin insanları görüşür və çalışırlar ki, müsbət mühit yaratsınlar.
O deyib ki, lakin "xalq diplomatiyası"ndan mühüm nəsə gözləmək mümkün deyil: "Məsələn, gözləyək ki, "xalq diplomatiyası" gedib əsas diplomatiyanın həll etmədiyi məsələni həll edəcək. Bu əlbəttə ki, sadəlövhlükdür. Düşünürəm ki, heç kim qarşısına belə bir məqsəd də qoymur. Diplomatiya çərçivəsində insanlar, xalq və digər qruplar sadəcə olaraq görüşüb müsbət nəsə əldə etməyə, yeni fikirlər ortaya çıxarmağa cəhd edirlər".
R.Musabəyov söyləyib ki, müharibə olan şəritdə belə "xalq diplomatiyası" üçün müəyyən bir yer var. Millət vəkilinin sözlərinə görə, müharibə şəraitində "xalq diplomatiyası" cəsədlərin tapılması və onların valideynlərə qaytarılması, hansısa əsir düşən insanların məktubunun yaxınlarına çatdırılması və onların şəraitini öyrənilməsində iştirak edə bilər.
"Ümumiyyətlə, "xalq diplomatiyası"nı istənilən vaxtda yaratmaq olar. Ancaq şəraitdən asılı olaraq onların imkanları geniş və ya məhdud ola bilər. Məsələn Azərbaycan Ermənistan arasında olan əsas danışıqlar hansısa bir nəticə versə idi, təbii ki, "xalq diplomatiyası" üçün üfüqlər genişlənə bilərdi. Hətta əlavə mövzular üçün müzakirələr də ola bilərdi. Amma indiki şəraitdə iki ölkə arasında olan danışıqlar dalana dirənib. Müharibə təhlükələri artmaqdadır. Müharibə çox ağır bir şeydir. Dalandan çıxmaq üçün yollar axtarmaq lazımdır. Ona görə də diplomatların bacarmadıqlarını Xalq diplomatiyasından gözləmək mümkün deyil", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB