ABŞ Çinlə soyuq müharibəyə hazırdır

Pekin öz siyasətini dəyişmədiyi təqdirdə Birləşmiş Ştatları Çinlə soyuq müharibəyə hazırdır. SİA-nın “The Washington Post”a istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın vitse-prezidenti Maykl Pens açıqlayıb.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Pekinlə münasibətləri normallaşdırmağa hazırdır, amma bunun üçün Çin öz siyasətini, o cümlədən iqtisadi və hərbi sahələrdə ciddi şəkildə dəyişməyə hazır olmalıdır.

"Hesab edirəm ki, bu, Trampla Argentina keçiriləcək görüşdən daha çox asılı olacaq”, - deyə vitse-prezidenti bildirib.

Onun fikrincə, bu, Çin üçün Birləşmiş Ştatlarla soyuq müharibə ssenarisinin qarşısını almaq üçün son şansdır.

Vaşinqton bu cür ssenariyə hazır olub-olmadığı və Çinin belə bir qarşıdurmanın qarşısını almaq üçün lazım olan şəraitləri yerinə yetirmədikdə nə baş verər sualına Pens belə cavab verib: “Biz daha güclü mövqeyə sahibik”.

Qeyd edək ki, bundan öncə ABŞ-ın vitse-prezidenti Pekinin ABŞ-ın daxili işlərinə müdaxilə və "Amerika demokratiyasını manipulyasiya etməsində" günahlandırırdı. O qeyd etmişdi ki, Çin ABŞ-da preziden dəyişikliyinə nail olmaq istəyir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə