“İranın öz neftini ona ehtiyacı olan dünya bazarına çıxarmaq mümkünlüyü var” SANKSİYA
Birləşmiş Ştatlar İran İslam Respublikasının hava və dəniz nəqliyyatının işlərinə məhdudiyyət qoya bilmək gücündə deyil. SİA xəbər verir ki, bu barədə İran XİN-nin rəhbəri Məhəmməd Cavad Zərif Qətərin "Al-Araby Al-Jadeed qəzetinə danışıb.
“Bizdə aviareysləri davam etdirmək üçün bir sıra alternativlər var və biz onları işə salacağıq. Amerikalılar İran aviaşirkətlərinin reyslərini dayandırmaq gücündə deyillər, yaxud İran tankerlərinin hərəkətlərinə mane ola bilməzlər”, iranlı XİN rəhbəri bildirib.
Zərif həmçinin qeyd edib ki, ABŞ Iran neftinin ixracını sıfır həəddinə çatdıra bilmək qabiliyyətində deyil. “Belə olub və belə də olacaq. Onlar həmçinin neftin çatdırılması məsələsində də uğursuzluqla qarşılaşacaqlar. İranın öz neftini ona ehtiyacı olan dünya bazarına çıxarmaq mümkünlüyü var”, diplomat bəyan edib.
Onun sözlərinə görə, Vaşinqtonun sanksiyalarına baxmayaraq, İran neft bazarının fəal iştirakçısı olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB