Mərkəzi və Qərbi Avropa ölkələrində meteoroloji vəziyyət son dərəcə gərgin olaraq qalmaqdadır. SİA-nın xəbərinə görə, 5 mindən çox adam dekabrın 21-nə keçən gecəni Parisin Ruassi-Şarl de Qoll hava limanında keçirib. Hava reysləri Fransanın şimalına, o cümlədən paytaxta güclü qar yağması üzündən kəsilib.
Böyük Britaniyada da son dərəcə soyuq və qarlı hava səbəbindən əsl nəqliyyat xaosu yaşanır. Qatarlar böyük fasilələrlə hərəkət edir, avtomobil yollarının buz bağlaması, qar yığınları və bütün bunların doğurduğu qəzalar səbəbindən yaranmış tıxaclar kilometrlər boyu uzanır. Reysini gözləyən minlərlə adam hava limanlarının terminallarında düşərgə salıb.
İsveçdə 2010-cu ilin dekabrı son 100 il ərzində ən soyuq ay olub. Ölkənin bütün regionlarında elektrik enerjisi təchizatında fasilələr, çoxsaylı yol-nəqliyyat qəzaları, qatarların və təyyarə reyslərinin gecikməsi adi hal alıb.
Qışın soyuğu AFR vətəndaşlarının da həyatına narahatlıq gətirib. Güclü qar Almaniyanın bir çox rayonlarında nəqliyyat kollapsı yaradıb. AFR Meteorologiya Xidmətinin yaydığı xəbərə görə, ölkənin ayrı-ayrı rayonlarına gün ərzində yağan qarın qalınlığı 20 santimetri ötüb. Yolların buz bağlaması vəziyyəti daha da ağırlaşdırır. Ölkə vətəndaşları şəxsi nəqliyyatdan imtina etmək məcburiyyətində qalıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB