"Bağçalara nəzarət Təhsil Nazirliyinə verilsin"

"Bağçalara nəzarət Təhsil Nazirliyinə verilsin"

“Təklif edirəm ki, bağçalara nəzarət icra hakimiyyəti orqanlarından alınaraq Təhsil Nazirliyinə verilsin. Bunun çox böyük əhəmiyyəti var”. Bunu Ombudsman Elmira Süleymanova Milli Məclisdə komitələrin birgə iclasında büdcə zərfinin müzakirələri zamanı çıxış edərkən deyib.

O bildirib ki, Təhsil Nazirliyi Fövqəladə Hallar Nazirliyi ilə birgə reyd keçirməli, regionlarda hələ də qəzalı şəraitdə olan məktəb və bağçaların təmir məsələsinı baxılmalıdır.

Onun sözlərinə görə, FHN və İcra hakimiyyət orqanları qəzalı şəraitdə olan binaların bərpasına dəstək verməlidirlər.

Ombudsman çıxışı zamanı bildirib ki, həqiqi hərbi xidmət illərində istifadə edilməmiş məzuniyyətlərə görə, ehtiyatda və istefada olan hərbi qulluqçuların konpensasiya verilməsi prosesi tam başa çatdırılmalıdır: “Hesab edirəm ki, bu çox vacib məsələdir. Həmçinin mənzil kirayəsinin qiyməti xeyli artdığına görə, həmin şəxslərə (ehtiyatda və istefada olan hərbi qulluqçular), indiki hərbi qulluqçulara ayrılan kirayə pulunun artırılması zəruridir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə