Çinin hərbi sənaye texnologiyasından daha bir yenilik WJ-700 PUA-sı
Çinin hərbi sənayesi WJ-700 - ən yüksək məsafələrə yüksələ biləcək pilotsuz uçan aparatının (PUA) böyük msaştablı maketini təqdim edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Çin bu yeniliyi Çjuxayedə keçirilən Airshow China-2018 - beynəlxalq aviasiya-kosmik sərgisində nümayiş etdirib.
WJ-700 markalı PUA təkərlər üzərində avtonom uçuşlar və enişlər qabiliyyətinə malik kəşşfiyyat-zərbə kompleks sistemində yaradılıb. Çinin aerokosmik elmlər və sənaye (CASIC) korporasiyasının ixtiraçıları bildirirlər ki, sözügedən aparat 20 saat ərzində havada qalmaqla və qarşıya qoyulan geniş məqsədləri icra etməklə 3500 kq uçuş çəkisinə malikdir.
Maraqlıdır ki, PUA-nın digər xarakteristikaları barədə açıqlamalar verilmir. Xüsusilə aydın deyil ki, bu aparatın kütləvi və seriyalı istehsalına başlanılıb, yoxsa hazırlıq mərhələsi davam edir.
Ekspertlərin qiymətləndirmələrinə görə, bu tipli PUA-lar radarlardan yayınma qabiliyyətinə malik olmaqla yanaşı, həm də müxtəlif məqsədli raketləri də daşıyır.
WJ-700 RLS-lərin mobil stansiyalarına, zirehli tank texnikalarına, qoşunların yığıldığı nöqtələrə, dəniz üzərindəki hədəflərə zərbələr endirməklə yanaşı, kəşfiyyat məqsədli missiyaları reallaşdıra bilər, o cümlədən, maneələrin olması barədə erkən xəbərdarlıq etmək xarakterinə malikdir.
Ekspertlər bildirirlər ki, Çin son illər PUA sistemlərini inkişaf etdirir və onlar Qərb istehsalı analoqlarından nəzərə çarpacaq qədər ucuza başa gəlir, həmçinin, beynəlxalq bazarda yaxşı perspektivlərə sahib olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB