ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etmək məsələsində öz mövqeyini yumşaltmağa hazırdır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ hökumətindəki mənbələr məlumat verib.
Mənbələrə görə, Dövlət Departamentinin rəsmiləri dövlət katibi Mayk Pompeonu məlumatı ötürmək və SWIFT ödənişləri etmək üçün Tehranı beynəlxalq bank sistemindən ayırmamağa razılığa sövq ediblər.
Onlar həmçinin bəzi ölkələrin İran neftini almağa davam etməsi üçün Birləşmiş Ştatların anti-İran sanksiyalarına istisnalar tətbiq edə biləcəyini söyləyiblər.
Qeyd olunub ki, bu addımlar Avropa Birliyinin İran məsələsində tutduğu mövqe ilə bağlıdır.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB