Ölkə başçısının apardığı kompleks iqtisadi islahatlar “Doing Business 2019” hesabatında öz əksini tapır
Azərbaycanın “Doing Business 2019” hesabatında dünyanın ən çox islahat aparan ölkəsi elan olunması heç də təsadüfi deyil. Hələ 2015-ci ilin sonlarından başlayaraq neftin qiymətlərinin aşağı düşməsinə baxmayaraq Azərbaycanda yeni islahatların həyata keçirilməyəsi, aparılan iqtisadi islahatlar nəticəsində ölkədə maliyyə sabitliyinin və iqtisadi artımın bərpa olunması, bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı, qeyri-neft sənayesi və digər sektorlarda əhəmiyyətli irəliləyişlərin əldə edilməsi ölkəmizin qlobal hesabtda uğurlu mövqe tutmasını şərtləndirir.
Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyev tərəfindən ölkədə sahibkarlığa verilən dəstək, biznes mühitinin təkmilləşdirilməsi, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, sahibkarlara dövlət büdcəsindən ayrılan yardımların, köməkliklərin reallaşdırılması ölkəmizin qlobal hesabatda mövqeyinin yaxşılaşdırılmasına öz tövhələrini verməkdədir. Dövlət-biznes tərəfdaşlığı artıq bütün dünya ölkələri üçün nümunə hesab olunur və bu münasibətlər gələcək iqtisadi inkişafın təməl prinsipi deməkdir. Azərbaycan Respublikası Prezidentinin güclü siyasi iradəsi və davamlı dəstəyi sayəsində aparılan kompleks iqtisadi islahatlar məhz “Doing Business 2019” hesabatında öz əksini tapır.
Aparılan islahatlar vətəndaşların, ələlxüsus sahibkarların məmnunluğunun artırılması ilə diqqəti cəlb edir. Xüsusilə, sahibkarlıqda şəffaflığın təmin olunması, müxtəlif sektorlar üzrə inzibati prosedurların sayının, eyni zamanda xərclərinin minimuma endirilməsi, dövlət xidmətlərinin göstərilməsində keyfiyyətin daha da yüksəldilməsi bu məmnunluğu şərtləndirən amillərdir.
"Tikinti üçün icazələrin alınması" və "Kreditlərin alınması" indikatorlarının hər biri üzrə ölkəmizin 100 pillə irəliləməsi çox böyük və ciddi nailiyyətdir. Ölkəmizin ”Kiçik investorların maraqlarının qorunması” indikatoru üzrə dünyada 2-ci, “Biznesə başlama” indikatoru üzrə 9-cu yerə yüksəlməsi isə artıq Azərbaycanda sahibkarlıq mühitinin nə dərəcədə şəffaf olduğundan xəbər verir. Ondan xəbər verir ki, Azərbaycan biznes fəaliyyəti üçün ən ideal ölkədir və bütün dünyaya nümunədir.
“Doing Business 2019” hesabatı və bu hesabatda ölkəmizin əhəmiyyətli dərəcədə irəliləməsi ermənilərin yuxusunu ərşə çəkib
Doğrudur, bunu etiraf etmək işğalçı ölkə, Ermənistan üçün çox çətindir və ələlxüsus mövcud şəraitdə ölkəmizin bu nailiyyətləri işğalçılar üçün ən böyük zərbədir. Çünki, qlobal hesabatlarda mövqeyini günü-gündən yaxşılaşdıran Azərbaycanın bundan sonar xaricdən daha böyük məbləğdə investisiya cəlb etməsi, ölkə daxilində sahibkarlığın daha sürətlə inkişaf etməsi, daxili bazarlarda məhsul bolluğu, xarici bazarlara ixrac potensialının artması, gəlir səviyyəsinin, iqtisadi inkişafın durmadan genişlənməsi, bir sözlə ölkənin qüdrətinin artması günün reallığına çevrilib. Təbii ki, iqtisadi cəhətdən güclü dövlətin siyasi, hərbi və digər sahələrdə də daha güçlü dövlətə çevrilməsi inkar edilə bilməz və indi ermənilər çox yaxşı başa düşürlər ki, Ermənistanı Azərbaycanla istənilən sahədə müqaisə belə etmək mümkün deyil. Bir sözlə əldə edilən uğurlar ölkəmizin üstünlüyü, dövlətimizin uğuru, hər an və hər bir sahədə düşmən üzərində qələbəsi deməkdir.
Nəzərə alsaq ki, indi artıq Azərbaycan əldə etdiyi uğurlar sayəsində nüfuzlu, güclü dövlətlər sırasındadır və beynəlxalq miqyasda söz sahibinə cevrilib, deməli, “Doing Business 2019” hesabatı və bu hesabatda ölkəmizin əhəmiyyətli dərəcədə irəliləməsi ermənilərin yuxusunu ərşə çəkib. İndi bütün erməni saytları həmin hesabatda Azərbaycanın adının çəkçəkilməsini, uğurlarının, yksələn mövqeyinin qeyd olunmasını heç həzm edə bilmirlər. Amma Ermənistana məxsus panarmenian.net, lragir.az saytlarında açıq şəkildə etiraf olunur ki, Azərbaycan qlobal hesabatda Ermənistanı dəfələrlə qabaqlayır. Əslində, bu məsələ hamıya aydındır. Lakin bunun məhz Erməni saytları tərəfindən etiraf edilməsi xüsusilə önəmlidir. Artıq işğalçı dövlət daha dəqiq desək bunu etiraf etmək məcburiyyətindədir.
Azərbaycan ən yaxşı təkmilləşdirmə göstəricilərinə malik 10 ölkə arasındadır
“Doing Business 2019” hesabatının 10 indikatorundan 8-i üzrə mühüm irəliləyiş əldə olunması sevindirici haldır və çox müsbət nəticədir. Onu da qeyd etmək yerinə düşərdi ki, əmək bazarının tənzimlənməsi indikatoru üzrə də aparılmış islahatlar Dünya Bankının ekspertləri tərəfindən qəbul edilib. “Doing Business 2019” hesabatında deyilir ki, “Avropa və Mərkəzi Asiya bölgəsinə daxil olan Azərbaycan ən yaxşı təkmilləşdirmə göstəricilərinə malik 10 ölkə arasında və qlobal səviyyədə rekorda nail olaraq səkkiz sahə üzrə islahatlar aparmaqla, 2017-2018-ci illərdə biznes fəaliyyətinin daha da asanlaşdırılmasını təmin edib”.
Bu uğurlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin alternativsiz olduğunu təsdiq edir. Təsdiq edir ki, aparılan islahatlar cəmiyyətin bütün təbəqələrinin, o cümlədən biznes subyektlərinin mənafelərini əks etdirir. Məhz sahibkarlığın günü-gündən inkişafı, yeni-yeni layihələrin reallaşdırılması da bunu təsdiq edir. Təbii ki, bütün bunlar nəzərdən yayınmır və qlobal hesabatlarda olan nəticələr əbəs yerə deyil.
Dünya Bankının hər il hazırladığı “Doing Business” hesabatı biznes mühitinin asanlığının qiymətləndirilməsi üçün dünyada ən vacib və etibarlı reytinq göstəricisidir və “Doing Business” komandası ölkələr üzrə aparılan islahatları həm dövlət, həm də çoxsaylı biznes nümayəndələrindən, habelə məşhur konsaltinq şirkətlərindən toplanan sorğulara verilən cavablar əsasında qiymətləndirir. Xüsusilə qeyd etmək yerinə düşərdi ki, aparılan islahatların yoxlanılması məqsədilə ölkələrə ayrı-ayrılıqda xüsusi ekspert missiyaları göndərilir, islahatların real praktikada tətbiqi yerində müvafiq meyarlarla araşdırılır. Bütün bu araşdırmalardan sonar hər bir ölkənin həm ümumi, həm də 10 indikator üzrə xüsusi qiymət balı hesablanaraq mövqeləri müəyyən edilir. Bir sözlə hesabatda heç bir qiymətləndirmə əsassız şəkildə deyildir.
Nəzərə almaq lazımdır ki, “Doing Buisness” hesabatı xarici investorlar tərəfindən biznes mühitinə dair etibarlı mənbə kimi istinad edilən əsas reytinq göstəricisi sayılır. Bu çox önəmli məsələdir və qeyd etmək lazımdır ki, xarici investorlar ölkələrə investisiya yatırdıqda bütün bunlar nəzərə alınır. Bir sözlə, Doing Business 2019” hesabatında ölkəmizin qərarlaşdığı mövqe Azərbaycana investisiya axınına zəmin yaradır. Bunu da qeyd etmək lazımdır ki, qlobal miqyasda hazırlanan hesabatların əksəriyyəti, daha doğrusu digər beynəlxalq təşkilatlar tərəfindən hazırlanan, “Qlobal Rəqabətlilik Hesabatı”, “Qlobal İnnovasiyalar İndeksi”, “İqtisadi Azadlıq İndeksi”, “Qlobal İmkanlar İndeksi” və s. hesabatlar üçün Doing Business 2019” hesabatı baza rolunu oynayır. Bu isə o deməkdir ki, digər beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda da Azərbaycanın mövqeyi qənaətbəxş olacaq və qərarlaşacağı mövqe yüksək nəticələr vəd edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB