“Ermənistanın iqtisadi fəallığı heç də yaxşı deyil, lakin bunun üzərində dayanmaq lazım deyil, çünki problem ondadır ki, ictimaiyyət bunu necə görür və nə gözləyir”. SİA xəbər verir ki, erməni iqtisadçısı Babken Tunyanın jurnalistlərlə görüşündəki fikirlərini aysor.am saytı yazıb.
“Əgər biz iqtisadiyyatın kölgə payına qarşı mübarizənin necə aparılmasından danışırıqsa, demək ki, bu mübarizənin nəticələri iqtisadi göstəricilərdə əks olunmalıdır”, deyən erməni iqtisadçısına görə, bu amil heç də özünü göstərmir: “Əgər biz iqtisadi fəallığın 0.2% artığını müşahidə ediriksə, bu o deməkdir ki, kölgə iqtisadiyyat payına qarşı mübarizədə bu rəqəm daha çox olmalıydı. Ancaq bu səviyyədədirsə, demək ki, həqiqətə qalanda iqtisadi fəallığın artımı çox azdır”.
Tunyan həmçinin qeyd edib ki, bu kimi məsələlərdə yaranan problem hakimiyyət daxilində normal təşkilatçılığın olmamasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB