Gəncə yanğınsöndürənləri təlimlərə başlayıb

Gəncə yanğınsöndürənləri təlimlərə başlayıb

Gəncə Yanğından Mühafizə İdarəsinin əməkdaşları genişmiqyaslı təlimlərə başlayıb. Bu barədə SİA-nın bölgə müxbirinə qurumun rəis müavini Rahib Nadirov məlumat verib. Onun sözlərinə görə təlimlərdə şəxsi heyətin bacarığı, yanğından zərəçəkən şəxslərin xilas edilməsi yoxlanılır.

Bundan əlavə texnikalar texniki baxışdan keçirilir. Bu gün təşkil olunan təlimlər iki saat davam edib. Növbəti təlimlərin 21-22 dekabr tarixlərində təşkili nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə