"Skandinaviya-Azərbaycan əlaqələrində gənclərin rolu" KONFRANS-FOTOLAR-YENİLƏNİR
Bu gün Bakı Azərkitab Kitab Təbliğatı Mərkəzində "Skandinaviya - Azərbaycan əlaqələrində gənclərin rolu" mövzusunda konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, Umaf Gənclər Təşkilatının sədri Siavosh Derakhti və Gənc Politoloqlar Mərkəzinin sədri İlkin Əliyevin təşkilatçılığı ilə İsveç kralığında, Norveçdə və ABŞ-da yaşayan 20-dən çox gənc Azərbaycan Respublikasına səfərə gəlmişdir.
Bu səfərin təşkilatcılarının əsas məqsədi ilk öncə, Azərbaycanı tanıtmaq, gənc və müstəqil dövlətin yeritdiyi daxili və xarici siyasətin mahiyyətini, onun iqtisadi, turizm potensialını, tarixini, mədəniyətini, idmanını, ən əsas isə gənclərin necə yaşamasını, təhsil almasını Avropa, Amerika və dünyanın başqa dövlətlərindən gəlmiş gənclərə öyrənməktən ibarətdir.
Tədbiri giriş sözü ilə açan “Azərkitab Kitab Təbliğatı Mərkəzi” nin direktoru Misirxan Həsənov vurğulayıb ki, bugünki konfransın burda keçirilməsi Azərbaycan Respublikasının yeritdiyi daxili və xarici siyasəti, ölkəmizdə olan iqtisadi inkişafın Dağlıq Qarabağ probleminin mahiyyətini sırf gənclər vasitəsi ilə təbliğ olunması, tarixi həqiqətlərin gənclər vasitəsi ilə dünyaya yayılması mühümdür.
Gənc Politoloqlar Mərkəzinin sədri İlkin Əliyev bildirdi ki, Gənc Politoloqlar Mərkəzi 1998-ci ildə yaranmışdır. Keçən müddət ərzində təşkilatımız bir çox layihələr həyata keçirərək gənclərin dövlətçilik, milli-mənəvi dəyərlər və hərbi-vətənpərvərlik tərbiyəsində aktiv iştirak etmişdir. Bu müddət ərzində dövlət və qeyri-hökümət təşkilatları ilə sıx əməkdaşlıq edərək, Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Gənclər Fondunun ayırdığı qrant layihələri əsasında respublikamızın ərazisində bir çox layihələr həyata keçiriblər.
Konfransda Azərbaycan Respublikasının yeritdiyi daxili və xarici siyasəti, olkəmizdə mövcud olan dini tolerantlıq və multikulturalizm mühitini, aparılan uğurlu iqtisadi, siyasi və hüquqi islahatların, eləcə də gənclər siyasətinin, Dağlıq Qarabağ probleminin mahiyyətini və danışıqlar prosesinin gedişini İsveç Krallığında yaşayan gənclərə çatdırmaq məqsədi ilə 2018-ci il oktyabrın 28 dən noyabrın 4-nə qədər 20-dən artıq gənclər təşkilatçılar tərəfindən Azərbaycan Respublikasına dəvət olunmasını yüksək qiymətləndirmiş və belə tədbirlərin keçirilməsini dəstəklədiklərini bildirmişlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB