Fərid Əyar: “Forum bütün dünya üçün böyük əhəmiyyət kəsb edir” RƏY-ÖZƏL

Fərid Əyar: “Forum bütün dünya üçün böyük əhəmiyyət kəsb edir” RƏY-ÖZƏL

“Bakı Beynəlxalq Humanitar Forumunda çox mühüm məsələlərə toxunulur ki, onların müzakirəsi bütün dünya üçün faydalıdır”. Bu fikirləri SİA-ya açıqlamasında Ərəb Xəbər Agentlikləri Federasiyasının baş katibi Fərid Əyar deyib.

Forum çərçivəsində keçirilən panellərin birinin dezinformasiyalara həsr olunmasının mühüm əhəmiyyət kəsb etdiyini deyən F.Əyar söyləyib ki, bu gün yanlış məlumatlar cəmiyyətdə böyük təsirə malikdir: “Bəzi böyük dövlətlər kiçik dövlətlərə qarşı dezinformasiya siyasəti həyata keçirirlər ki, bunun da məqsədi bəzən həmin dövlətlərdə qarışıqlıq salmaq və ya siyasi rejimi devirmək olur ”.

Baş katib qeyd edib ki, ABŞ və Britaniya tərəfindən vaxtilə Rumıniyaya qarşı həyata keçirilən dezinformasiya siyasəti nəticəsində xalq orada coşaraq üsyan etdi və nəticədə hökumət devrildi: “ Digər misal İraqı gətirmək olar. Bir zamanlar orada kütləvi qırğın silahının olması ilə bağlı yalan iddialar irəli sürüldü. Hazırda biz hansı dövlətin dezinformasiya siyasətinin qurbanı olduğunu bilmirik. Amma bizim istəyimiz BMT bu siyasətin yeridilməsinə qadağa qoyan qətnamələr qəbul etməlidir. Dünya sülh, sevgi şəraitində yaşamaq istəyir. Ona görə də belə məsələlərlə üzləşən ölkələr tərəfindən bu siyasət qəbul edilməzdir. Bütün bu problemlərin qarşısını yalnız beynəlxalq platformalarda aparılan müzakirələr nəticəsində almaq mümkündür ki, Bakı platforması bunun üçün ideal seçim hesab oluna bilər. Bir sözlər ifadə etsək, Bakı Beynəlxalq Humanitar Forumu bütün dünya üçün böyük əhəmiyyət kəsb edir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə