Əbdülaziz bin Osman əl-Tüveycri: "Azərbaycan İSESCO-nun aktiv üzvlərindəndir"

Əbdülaziz bin Osman əl-Tüveycri: "Azərbaycan İSESCO-nun aktiv üzvlərindəndir"

Azərbaycan İSESCO-nun aktiv üzvlərindəndir. SİA-nın xəbərinə görə, bunu İSESCO-nun baş direktoru Əbdülaziz bin Osman əl-Tüveycri Rəqəmsal Ticarət Qovşağının ikinci beynəlxalq konfransı: Elektron və Mobil Rezidentlik Proqramının Açılış Mərasimi"ndə çıxış edərkən deyib.

Azərbaycanın elektron xidmətlərlə bağlı uğurlu addım atdığını deyən baş direktor söyləyib ki, Azərbaycanda 1 gündə şirkət qeydiyyatdan keçirmək, elektron şəkildə işə götürmək, bir sıra xidmətlər elektron şəkildə həyata keçirilir ki, bu, çox mühümdür: "Azərbaycanın dünyada ilk mobil Rezidentlik təqdim etməsi gələcəkdə elektron xidmətlərlə bağlı daha geniş şərait yaradacaq. Azərbaycanda elektron ticarətin inkişafına böyük imkanlar açacaq. Bu şərəfli işin dəstəklənməsi sahəsində İSESCO-da öz yardımını edəcək".

Baş direktor söyləyib ki, İSESCO üzv dövlətələrə lazımı mexanizmlərin adaptasiyasında kömək etməyə çalışır: "Təlimlər, prinsiplərin hazırlanması, elm təhsil haqqında simpoziumların keçirilməsi nəzərdə tutulur. Təkcə iqtisadiyyatı rəqəmsallaşdırmaq deyil, üzv ölkələrimizin bundan bəhrələnməsinə yardım etməliyik. İslam ölkələri arasında bu sahəyə düşən pay böyüməlidir. Biz innovativ sənədlər üçün beynəlxalq təşkilatlar çərçivəsində inkişaf platformalarının yaradılmasına çalışmalıyıq. Bunun etibarlılığı ən yüksək səviyyəyə çatmalıdır".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə