Şəmkirdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil problemləri həll olunur

Şəmkirdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil problemləri həll olunur

"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq Şəmkirdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni mənzillərin tikintisi nəzərdə tutulub.

Şəmkir rayon İcra Hakimiyyəti Aparatından SİA-nın bölgə müxbirinə verilən məlumata görə, dövlət proqramına əsasən ilk olaraq 36 mənzilli iki yaşayış binası, daha sonra isə 1 ədəd 16 mənzilli bina istifadəyə veriləcək.

Mənzillər Şəmkir şəhərində inşa olunacaq. Ümumiyətlə, bu günə kimi bu təbəqədən olan vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq üçün 16 və 8 mənzilli binalar tikilərək istifadəyə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə