Ermənistan parlamentində gərginlik – SƏS ÇATMIR

Ermənistan parlamentində gərginlik – SƏS ÇATMIR

Ermənistan parlamentində keçirilən növbədənkənar iclasda fars-major vəziyyət yaranıb. SİA armtimes.am-a istinadən xəbər verir ki, iclasın gündəminə çıxarılan “Seçki kodeksinə əlavə və dəyişikliklər”lə bağlı qanun layihəsi qəbul olunmaya bilər. Belə ki, hökumət sözügedən layihənin 24 saatlıq rejimdə qəbul olunmasını təklif edir. Bununla, layihə ilə bağlı ikinci oxunuş Ermənistan vaxtı ilə18:00-da başlayacaq.

Lakin parlament bu kimi səsvermə rejimini təsdiq etməyib, çünki deputatlar 72 saatlıq rejim təklifini veriblər. “Səsvermədən qabaq “Sarukyan” fraksiyası 20 dəqiqəlik fasilə götürüb”, yazan sayt xatırladıb ki, iclasda 53 deputat iştirak edir və Ermənistan respublikasının seçki kodeksinə dəyişikliklərin edilməsi üçün, ən azı 63 səs lehinə olmalıdır. “Bu, konstitusiya qanunu hesab olunur”, deyə erməni saytı qeyd edir.

“İclas gərgin atmosferdə keçirilir, respublikaçılar bu cür mühitdə dəyişikliklərin edilməsinə qarşı çıxırlar”, sözügedən informasiyada xüsusilə bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə