Gender bərabərliyi mövzusunda təlim kursu keçirilib

Gender bərabərliyi mövzusunda təlim kursu keçirilib

2010-cu il 16 dekabr tarixdə "Hyatt Regency" otelində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, BMT-nin İnkişaf Proqramı (UNDP) və BMT-nin Əhali Fondunun (UNFPA) birgə həyata keçirdikləri "Dövlət qulluğunda gender yönümündən həssas yanaşma" layihəsi çərçivəsində "Dövlət qulluğunda gender bərabərliyi: praktiki tətbiq və gender yönümündən həssas yanaşma" mövzusunda təlim kursunun açılışı olub.

Qeyd edilən layihə tərəfindən "Dövlət qulluğunda gender bərabərliyi: praktiki tətbiq və gender yönümündən həssas yanaşma" adlı təlim vəsaiti hazırlanıb. Təlim kursunun məqsədi dövlət qulluqçularının gender məsələləri ilə bağlı potensialını artırmaq üçün bu vəsait əsasında xüsusi təlimçilərin hazırlanıb.

Qurumdan SİA-ya verilən xəbərə görə, tədbirdə Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının dövlət qulluğu, kadrlar və insan resurslarının idarəedilməsi üzrə struktur bölmələrin nümayəndələri və gender məsələləri üzrə müvəkilləri iştirak edirlər.

İki gün davam edəcək təlim kursunda "Gender haqqında ümumi məlumat", "Azərbaycan Respublikasının gender siyasəti və beynəlxalq öhdəlikləri", "Gender bərabərliyi, səmərəli idarəçilik və dövlət qulluğu" və "Dövlət qulluğunda gender yönümündən həssas yanaşma" mövzularında təqdimatlar dinləniləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə