Roland Kobia: “Avropa İttifaqı gələn ildən Azərbaycan üçün 130 milyon manat məbləğində vəsait ayıracaq” - AÇIQLAMA
Avropa İttifaqı (Aİ) Azərbaycan üçün yeni maliyyə zərfi qəbul edib. SİA-nın xəbərinə görə, bu barədə Avropa İttifaqının Bakıda xüsusi nümayəndəsi və Avropa Komissiyası ofisinin rəhbəri, səfir Roland Kobia məlumat verib. O bildirib ki, İttifaq gələn ildən Azərbaycan üçün 130 milyon manat məbləğində vəsait ayıracaq. Onun sözlərinə görə, bu maliyyə gələn il Milli Fəaliyyət Proqramı çərçivəsində Azərbaycana veriləcək. Bunda əlavə, birbaşa nazirliklərə köçürdükləri vəsaitlərin də olduğunu deyən R.Kobia vurğulayıb ki, o da büdcəyə yardım proqramları vasitəsilə həyata keçirilir.
"Bu, Avropa Birliyi ilə Azərbaycan hökuməti arasında razılaşdırılıb və 3 istiqamət üzrə istifadə olunacaq. Bunlar sosial-iqtisadi inkişaf, müəyyən qurumların institusional potensialının gücləndirilməsi, ticarət və kommersiya məsələləri olacaq. Müəyyən qurumların institusional potensialını gücləndirəcək qurumlar Xarici İşlər Nazirliyi və Azərbaycan Diplomatik Akademiyasıdır", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB