“Paşinyanın bu məsələdə orijinal olacağına kimsə zəmanət verə bilməz” - Sputnik Armeniya
“İlk baxışdan güclü opponentlərin yoxluğu istənilən hakimiyyətin arzusu kimi görünə bilər. Lakin uzunmüddətli aspektdə müxalifətin mövcud olmaması amili hakimiyyətlə sərt zarafat oynaya bilər”. SİA xəbər verir ki, bu barədə Sputnik Armeniya saytında qeyd olunub.
“Baş nazir Nikol Paşinyan vəd verib ki, gələcək parlament çoxlarının düşündüyü kimi, monolit olmayacaq və bu vədi Paşinyanın reytinqinə əsaslanan çoxları qəbul edir”, deyə yazılan şərhdə buna misal kimi, Yerevan şəhərinin meri postuna keçirilmiş seçkilər, eləcə də Paşinyanın siyasi gücü olan “Mənim addımım” blokunun 82% səs toplaması göstərilib: “Yerli müşahidəçilər qeyd edirlər ki, bənzər mənzərə dekabr ayında keçiriləcək növbədənkənar parlament seçkilərində də təkrarlanacaq, belə ki, onun komandasının 3 ay ərzində reytinqinin düşməsi inandırıcı görünmür. Bu fonda müxalifətin vəziyyəti heç də ürək açan deyil”, saytda qeyd edilib.
Ötən müddət ərzində müxalifətin iqtisadiyyat, ictimai-siyasi münasibətlər, sosial siyasət və s. sferalarda hər hansı bir alternativ seçimlər edə bilmədiyini yazan sayt Paşinyanın opponentlərinin parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsinin qarşısının alınması istiqamətində özlərini daha çox diskreditə etdiyini qeyd edib.
“Müxalifətin passivli, yaxud siyasi hadisələrə zamanında müdaxilə edə bilməməsi Paşinyan üçün qorxulu zarafat ilə nəticələnə bilər”, deyə yazan Sputnik Armeniya baş nazirin bununla bağlı hansı ölçülər götürəcəyi məsələsinin də sual altında qaldığını qeyd edib.
Məsələ ilə əlaqədar politloq Yervand Bozoyan adıçəkilən sayta açıqlamasında bildirib ki, Paşinyan ciddi müxalifətin mövcudluğu ilə çətin ki, maraqlansın: “Hesab edirəm ki, o da digər istənilən hakimiyyət kimi real müxalifətin olmasında maraqlı deyil. İnanmıram ki, yeni parlamentdə geniş spektrdə siyasi güclər təmsil edilsinlər. Hətta mən ehtiyat edirəm ki, bu parlament daha öncəkindən daha monolit olsun, baxmayaraq ki, Paşinyan əksini vəd edib”.
Erməni analitiki baş nazirin öz reytinqinə güvənərək, nəyə görə müxalifətin qeyri-mövcudluğunda maraqlı olmamasını anlamadığını deyib: “Hakimiyyət çox zərərli zarafatdır. Onu əldə edən insan öz diqqətini, atdığı addımlarını itirir. Bununla yanaşı, o hesab edir ki, doğru yoldadır. İndi Paşinyanın bu məsələdə orijinal olacağına kimsə zəmanət verə bilməz”.
Erməni ekspertinin sözlərinə görə, Paşinyan hələ bu ilin yazında - etirazçı hərəkatın lideri olduğu bir dövrdə mitinqlərin birində deyib ki, əgər hakimiyyət (özünü nəzərdə tutub-red.) öz hissetmə qabiliyyətini itirəcəksə, onları da Serj Sarkisyanın və komandasının aqibəti gözləyəcək: “Paradoksaldır ki, öz hissiyatını və diqqətini itirməməsi üçün, Paşinyana elə ona qarşı müxalif olanlar yardım edə bilər”, deyə qeyd edən politoloq respublikaçıları nəzərdə tutaraq, onların parlamentin buraxılmaması üçün cəhdlər göstərdiyini xatırladıb: “İndi onları (respublikaçıları-red.) tənqid edirlər, lakin onların qəti xidmətləri həm də ondadır ki, fraksiya dağılmayıb və onun kompromisə getməyən nümayəndələri yeni müxalifətin yaranmasında təməl rolunu oynaya bilərlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB