"İslahatlar münaqişəsinin həlli istiqamətində atılan addımlarda da özünü göstərir" AÇIQLAMA-ÖZƏL
“Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir sıra məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bunun Azərbaycan üçün ən prioritet istiqamət olduğunu bir daha qeyd etdi. Dövlət başçısının çıxışı göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli həm daxili, həm də xarici siyasətdə bizim üçün əsas istiqamətlərdən biridir”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi-şərhçi Arzu Nağıyev deyib.
Ermənistanda hakimiyyət dəyişikliyindən onların danışıqlar prosesindən qaçdığını deyən siyasi şərhçi bildirib ki, konstruktiv mövqenin yaranması istiqamətində müvafiq addımlar sayəsində yenidən danışıqlar masasına qayıtmaq üçün qərar qəbul edilib: “Ölkə başçısı da ötən gün keçirilən müşavirədə qeyd etdi ki, Paşinyan hakimiyyəti separatçı rejimin üçüncü tərəf kimi danışıqlarda iştirak edə bilməyəcəyini başa düşüb. Problem Azərbaycan və Ermənistan arasında həll edilməlidir. Eyni zamanda Azərbaycan Ordusu üçün güc variantı da prioritet istiqamət kimi qalmaqdadır”.
A.Nağıyev qeyd edib ki, Azərbaycan problemi sülh yolu ilə həll etməyə çalışır: “Hökumət rəhbərlərinin, eləcə də xarici işlər nazirlərinin görüşündə də Azərbaycanın beynəlxalq normalara uyğun olaraq danışıqların aparılmasına hazır olduğunu bir daha diqqətə çatdırıldı. Hesab edirəm ki, ATƏT-in Minsk qrupunun həmsədrləri də artıq müəyyən qədər deklorativ bəyanatlardan əl çəkməli və konkret danışıqlar üçün zəmin yaratmalıdırlar”.
Azərbaycanın son 9 ayda həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən apardığı islahatların Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlarda da özünü göstərdiyini dilə gətirən siyasi şərhçi bu gün ölkəmiz tərəfindən diplomatik səviyyədə, informasiya müharibəsində də müsbət istiqamətdə addımlar atıldığını qeyd edib.
A.Nağıyev beynəlxalq təşkilatların məsələyə hələ də ikili standartlar kontekstindən yanaşılmasına təəssüfünü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB