Ruslar bizdən yaxşıdır Britaniyalı general

Ruslar bizdən yaxşıdır Britaniyalı general

Rusiya İraq və Suriya informasiya məkanında Qərbdən daha çox uğurlar qazanır və ABŞ-ın rəhbərlik etdiyi koalisiyaların təmsil etdikləri ölkələri də geridə qoyur. SİA xəbər verir ki, bu barədə İTAR TASS-a istinadən xəbər verir. Belə ki, bu barədə Vaşinqtonda hər il keçirilən ABŞ quru qoşunları konfransında danışan Britaniyanın general-mayoru Feliks Qedni bildirib ki, bu amil koalisiyaya mənfi təsir göstərir.

Bu arada, Defence One nəşri yazır ki, Qedni Vaşinqtondakı çıxışı zamanı “Ruslar həqiqətən də bu məsələdə bizdən yaxşıdırlar”, deyə bildirib və əlavə edib ki, koalisiya qüvvələri ruslar tərəfindən davamlı informasiya kampaniyasının aparılmasını və bu məqsədlə koalisiyanln diskreditə fəaliyyətinə təsir etdiyini müşahidə edirlər. Bu baxımdan, britaniyalı general Qərbi informasiya sferasında daha fəal olmağa çağırıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə