"Zatulin də erməni diasporu tərəfindən satın alınmış şəxsdir" AÇIQLAMA-ÖZƏL
“Azərbaycana qarşı kampaniya aparan xarici qüvvələr erməni diasporu tərəfindən satılan alınan şəxslərdir. Onların nə region, nə də münaqişənin səbəbləri barəsində hər hansı bir informasiyası yoxdur”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki, bu cür şəxslərin məqsədi istənilən yolla Ermənistanın işğalçılıq siyasətini müdafiə edib, onlara dəstək olmaqdır: “Lakin belələrinin sayı çox deyil və onlar ictimai rəyə təsir etmək gücündə deyillər. Təbii ki, Azərbaycan bu məsələlərlə bağlı etirazını bildirəcək”.
A.Mirzəzadə qeyd edib ki, ən əsası Ermənistan cəmiyyəti düşdüyü ağır vəziyyətə baxmayaraq, hələ də bu faciənin kökündə işğalçılıq siyasətinin durduğunu tam dərk edə bilmir: “Nə qədər ki, Ermənistanın xaricdəki erməni diaspor dairələrində mehriban qonşuluq siyasətinin ərazi bütövlüyünə hörmətin əsas olduğu qənaətinə gəlməyiblər, bu ölkənin problemləri artmaqda davam edəcək”.
Deputat əlavə edib ki, bir iki nəfər satın alınmış insanın fikirləri və ya işğal olunmuş Azərbaycan torpaqlarına qanunsuz səfər etməsi heç nəyi dəyişməyəcək: “Azərbaycan ötən illər ərzində özünün haqqını, bu torpaqlara sahibliyini isbat edə bilib və həmin torpaqları işğaldan azad edərək erməni millətçilərinin, qəsbkarlarının cavabını sonadək verəcəyimiz gün heç də uzaqda deyil”.
Xatırladaq ki, Rusiya Dövlət Dumasının MDB ölkələri, avrasiya inteqrasiyası və soydaşları ilə əlaqələri üzrə komitəsinin sədr müavini Konstantin Zatulin və bir müddət bundan öncə Avropa Parlamentinin üzvü Elena Teoxarus Azərbaycan əleyhinə fikirlər səsləndiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB