N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı Beynəlxalq Festivaldan qayıdıb. Teatrın direktoru İslam Həsənovun SİA-nın cənub bürosuna verdiyi məlumata görə, Türkiyənin paytaxtı Ankara Universitetinin Musiqi Akademiyasının səhnəsində Mikloş Xubayinin "Şeytanın oyunları" tamaşası ilə festivala qatılan yaradıcı kollektivin ifası böyük rəğbətlə qarşılanıb. Teatra festivalın ödülü təqdim olunub.
Qeyd edək ki, İslam Həsənov və gürcü rejissoru Zurab Pxakadzenin quruluş verdiyi tamaşada əsas rolları xalq artisti Qabil Quliyev, aktyorlardan Adil Zeynalov, Əlibala Əsgərov, Qızılgül Quliyeva, Aynur Əhmədova və başqaları ifa ediblər.
Hazırda teatrda "Lənkəran Xanın vəziri", "Göyçək Fatma" tamaşalarının məşqləri gedir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB