“Hansısa beynəlxalq təşkilata qoşulanda xalqın marağında çıxış edərək addım atırıq. Azərbaycan Prezidenti xalqın maraqlarından çıxış edir. Biz qonşularımızla xoş münasibətdə olmalıyıq”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, 1990-cı illərdə qonşularla yaxşı münasibətin olmamağın nəticələrini hər kəs gördü: “Keçmiş iqtidarın dövründə demək olar ki, ətrafda olan qonşuların hər biri ilə düşmən vəziyyətində idik. Ölkəni uçurumdan Ümummilli Lider Heydər Əliyev xilas etdi, qonşularla münasibəti tənzimlədi”.
Azərbaycana qarşı mütəmadi olaraq Avropa təşkilatlarından ədalətsiz mövqe sərgiləndiyini deyən S.Novruzov hesab edib ki, onlarla münasibətləri qorumalı, fikirlərimizi deməli, ölkə həqiqətləri diqqətə çatdırılmalıdır: “Biz Avropa meydanından istifadə etməliyik. Bilirik, ədalətsizdirlər, sadəcə, orada olub sözümüzü deməliyik. Biz bu məsələrdə həssas, diqqətli olmalıyıq. Bu gün dünyada çox gərginlik var və hər kəsdə günahkar axtarılır. Biz bu məsələdə var gücümüzü birləşdirib, ölkə başçısı ətrafında qoruyub saxlamalıyıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB