“İrates”: “Paşinyan "Vətəndaş sazişi" Partiyasında olanlardan bixəbərdir” QARŞIDURMA

“İrates”: “Paşinyan "Vətəndaş sazişi" Partiyasında olanlardan bixəbərdir” QARŞIDURMA

Erməni nəşri “İrates” öz mənbələrinə istinadən yazır ki, Paşinyanın komandasında və “Vətəndaş sazişi” partiyasında sağ əl sol əlin nə ilə məşğul olmasından bixəbərdir. Belə ki, savaşlar yalnız baş nazirin müavini Sasun Mikaelyanla Nikol Paşinyan arasında getmir, ziddiyyətlər hətta onun (Paşinyanın-red.) “sevimli naziri” Araik Arutunyanla da mövcuddur: “Deyilənə görə, elm və təhsil naziri baş nazirdən növbəti şiddətli töhmət alıb. Buna səbəb “Vətəndaş sazişi” partiyasının fəal təmsilçiləri olan 5 nəfərin akademik məzuniyyətə çıxması olub”.

Qəzet yazır ki, nazir bu addımı ilə “Vətəndaş sazişi” partiyasındakı mövqelərini möhkəmləndirməyə çalışıb və bu da Paşinyanın xoşuna getməyib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə