"Dövlət qeydiyyatından keçmiş 2467 QHT-dən yalnız 1114-ü Maliyyə Nazirliyinə hesabat təqdim edib"
Azərbaycanda Ədliyyə Nazirliyindən dövlət qeydiyyatından keçmiş 2467 qeyri-hökumət təşkilatından (QHT) yalnız 1114-ü Maliyyə Nazirliyinə hesabat təqdim edib. Bunu jurnalistlərə açıqlamasında Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri Elxan Cəfərov bildirib. O qeyd edib ki, hesabat təqdim edən QHT-lərdən yalnız 831-i bunu vaxtında etsədə 283-ü gecikmə ilə təqdim edib.
Eyni zamanda E. Cəfərov 1353 QHT-nin isə Maliyyə Nazirliyinə hesabat təqdim etmədiyini deyib: "Nazirlik hesabat təqdim etməyən QHT-lərə məktublar göndərib. 1467 QHT-yə göndərilən məktubların bir qismi ünvanına çatıb, 587-si isə ünvanına çatmayaraq geri qaytarılıb və 502-si barəsində ümumiyyətlə məlumat yoxdur. 169 QHT-nin ünvanı məlum olmadığından məktub göndərmək mümkün olmayıb. Lakin son aparılan araşdırmalardan sonra 169-dan 63-nün yeri müəyyənləşdirilib".
Maliyyə Nazirliyi tərəfindən 8 QHT-yə maliyyə sanksiyası tətbiq olunduğunu bildirən E. Cəfərov qeyd edib ki, bu cür sanksiyalar gələn il hesabat təqdim etməyən bütün QHT-ləri əhatə edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB