Şəmsəddin Hacıyev: “Universitetin 80 illik yubileyi təxirə salındı” - AÇIQLAMA (EKSKLÜZİV)
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) dekabrda keçirilməsi nəzərdə tutulan 80 illik yubiley mərasimi obyektiv səbəblərdən təxirə salınıb. Bu barədə SİA-ya eksklüziv açıqlamasında ADİU-nin rektoru Şəmsəddin Hacıyev məlumat verib. O bildirib ki, yubileyin dekabrın 23-də keçirilməsi nəzərdə tutulsa da, universitetdə gedən yenidərqurma, eyni zamanda İçərişəhərin qala divarlarının rekonstruksiya işləri ilə əlaqədar olaraq bu yubiley mərasimi bir neçə ay sonraya keçirilib.
Yubiley mərasiminin martın 15-16-da təşkil olunmasının nəzərdə tutulduğunu deyən Ş.Hacıyevin sözlərinə görə, burada əsas səbəb İçərişəhərin qala divarlarının rekonstruksiyasıdır, çünki onun 100 metr hissəsi İqtisad Universitetinin ərazisindən keçir.
"Artıq universitetin öz rekonstruksiya, yenidənqurma işləri tam başa çatıb. Belə ki, Universitet həm zahiri, həm də məzmun etibarı ilə dəyişilib. Yubileydə çox ciddi, əhəmiyyətli yenilikləri, innovasiyaları təqdim etmək, nümayiş etdirmək istəyirik. Avropada analoqu olmayan virtual universitet konsepsiyasını reallaşdırmışıq və bunu yubileydə nümayiş etdirməyi düşünürük. Bir sözlə, Universitetin yubileyinin dövlət səviyyəsində qeyd olunması haqqında ölkə rəhbərinin xüsusi sərəncamı var. Gec də olsa bu yubiley mərasimini təntənəli şəkildə qeyd edəcəyik", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB