İndoneziyada baş vermiş zəlzələ və onun ardınca yaranmış sunami nəticəsində ölənlərin sayı 1,2 min nəfərə çatıb. 12 minə yaxın insan təbii fəlakətə görə öz evlərini tərk ediblər, yarım milyonuna isə humanitar yardım lazım olacaq. SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Xatırladaq ki, zəlzələ ötən həftənin cümə günü Palu şəhəri yaxınlığındakı Sulavesi adasının sahilində, səhər saatlarında baş verib.
Sonradan həmin rayon ərazisində növbəti və daha güclü zəlzələ qeydə alınıb, eləcə də seymsik təkanlar ardıcıl şəkildə davam edib. Bunun ardınca isə Paluda güclü sunami baş verib və dalğaların hündürlüyü iki metrə qədər çatıb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB