Adı çəkilən layihə ölkə prezidenti İlham Əliyev tərəfindən 2010-cu ildə elan olunmuş "Ekologiya İli" çərçivəsində gerçəkləşdirilir. SİA-nın xəbərinə görə, məqsədi ekoloji maarifləndirmə olan layihə çərçivəsində rəsm sərgisi, şer və şüar müsabiqələrinin keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı ətraf mühitin qorunması, təbiətin mühafizəsi və ekoloji problemlərin həllinə həsr olunmuş ekoloji layihələrin təqdimatı və müxtəlif aksiyaların (dəniz kənarı sahildə, avtomobil yollarında, metroda və s) gerçəkləşdirilməsi də gözlənilir.
Bakı ekoloji marafonunun birinci mərhələsinin keçirilməsi çərçivəsində dekabr ayının 8-dən 25-nə kimi [email protected] elektron ünvanına hər kəs "Ekologiya və mən " mövzusuna həsr edilmiş ser, plakat və şüar (azərbaycan dilində ), rəsm işlərini (professional və həvəskar rəssamların skaynerləşdirilmiş işləri) göndərə bilər.
Bu müsabiqədə iştirak etmək arzusunda olan şəxslərin daha sonra onlarla əlaqə yaradılması məqsədi ilə öz telefon nömrələrini qeyd etmələri xahiş olunur. Müsabiqənin sonunda sərginin təşkili, həmçinin qaliblərin dəyərli hədiyyələr və sertifikatlarla mükafatlandırma mərasimi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB