"Düşənbə görüşü İrəvanın bu günədək irəli sürdüyü bütün iddiaların üzərindən xətt çəkir" AÇIQLAMA-ÖZƏL
"Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Düşənbədə baş tutan söhbət rəsmi İrəvanın bu günədək irəli sürdüyü bütün iddiaların üzərindən xətt çəkir". Bu fikirləri SİA-ya açıqlamasında siyasi-şərhçi Elçin Mirzəbəyli deyib.
Paşinyanın görüşdən dərhal açıqlama verməsinə diqqəti çəkən siyasi-şərhçi söyləyib ki, onun açıqlaması separatçı rejimin Ermənistan rəhbərliyi tərəfindən idarə olunması faktını bir daha təsdiqləyir: "Paşinyanın böyük sevinc hissi ilə açıqlama verərək atəşkəs rejiminə əməl olunması barədə razılığın əldə edilməsinin Bako Saakyana məlumat verməsi Ermənistanın baş nazirinin işğal altındakı Azərbaycan ərazilərində formalaşdırılmış qondarma rejimin danışıqlar prosesinə qatılması ilə bağlı mülahizələrini tamamilə təkzib edir. Belə olan halda, danışıqlar prosesinin davam etdirilməsinə maneə yaradan davakar ritorikanı, manipulyativ davranışları, tənzimlənmə prosesinin mahiyyətinə zidd olan əsassız yanaşmaları sıradan çıxır, Ermənistanın danışıqlar prosesinin əvvəlki formatının dəyişdirilməsi ilə bağlı cəhdlərinə son qoyur".
E.Mirzəbəyli qeyd edib ki, mövcud vəziyyət danışıqlar prosesinin substansiv müstəvidə davam etdirilməsinə imkan yaradır: "Ümid edirəm ki, Ermənistan yaranmış vəziyyətdən ciddi nəticə çıxaracaq və Azərbaycan torpaqlarının işğaldan qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin tələblərinə əməl edəcək. Bu, Ermənistan üçün böhran vəziyyətindən çıxması üçün sonuncu şansdır".
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB