Tacikistanın paytaxtı Düşənbədə MDB ölkə rəhbərlərinin sammitindən sonra Ermənistanda ciddi ajiotaj yaşanmaqdadır. SİA xəbər verir ki, erməni mətbuatı sammitin gedişatı və nəticələrindən məmnun qalmadıqlarını müxtəlif bəhanələrlə işıqlandıraraq, Ermənistanın təkləndiyini iddia edirlər.
Xüsusilə, ölkənin KTMT, Avrasiya İttifaqı və MDB-dən çıxmasına təhrik olunduğunu yazan erməni mediası bu qurumları “ölü təşkilat” kimi təqdim edirlər və demək olar ki, bütün məsələlərdə anti-Rusiya meyllərini sərgiləyirlər. Buna misal olaraq, armenianreport.com saytının siyasi bölməsində dərc edilən şərhi göstərmək olar. Siyasi təhlili Tevos Arşakyanın müəllifi olduğu yazıda qeyd edilir ki, yuxarıda adları çəkilmiş qurumlar yalnız ölü təşkilat kimi adlandırıla bilməz. Belə ki, həmin təşkilatlar Rusiyaya keçmiş sovet respublikalarını özündən asılı vəziyyətdə saxlamaq üçün lazımdır. O cümlədən, baş nazir Paşinyanın bu ortamda diqqətə alınmaması da erməni ictimai rəyini qıcıqlandırıb. Bu baxımdan, iddia olaraq bildirilib ki, bu günlərdə Rusiya kimi, Ermənistanın digər partnoyrları sadəcə, Ermənistanı həmin təşkilatları tərk etməyə məcbur edirlər.
"Putin nəyə görə yenidən Əliyevlə görüşə getdi və bununla yanaşı, Paşinyanı və Yerevanı rədd etdi?”
“Biz, vətəndaşlarımızın narazılıqlarını anlayırıq”, yazan Tevos Arşakyana görə, geridə qalacaq həftə bir sıra hadisələrlə yadda qaldı ki, onlar ölkə ictimaiyyətini narahat və məyus etməyə bilməzdi: “Misal üçün, Moskvada və Yerevanda ən yüksək səviyyədə söz-söhbətlər gəzirdi ki, Rusiyanın prezidenti Vladimir Putin bu həftə bizim regiona səfər edəcək, daha doğrusu Azərbaycana və Ermənistana, hansı ki, onun Azərbaycana qısa müddətli səfəri buna mane ola bilməzdi. Kimsə mənə etiraz edə bilərdi: nə olsun ki, Putin Yerevana gəlmədi, axı bir neçə gün öncə Nikol Paşinyan onunla Ruiyada grüşmüşdü. Həqiqətən, Paşinyan sentyabrın 8-də Putinlə üçüncü dəfə görüşmüşdü. Lakin ondan bir neçə gün öncə Putin Əliyevi qəbul etmişdi! Onda nəyə görə o, yenidən Əliyevlə görüşə getdi və bununla yanaşı, Paşinyanı və Yerevanı rədd etdi?”.
Beləliklə, Azərbaycanla Rusiyanın Ermənistana qarşı “planlarının” olduğunu iddia edən erməni müəllif iki ölkə prezidentlərinin davamlı görüşlərini də bu istiqamətə doğru yönləndirməyə cəhd edib. “Moskva Yerevanın siyasətindən kifayət qədər narazıdır və Paşinyanı Rusiyaya qarşı daha yumşaq olmağa məcbur etməyə çalışır”, erməni təhlilçisi yazır.
"Putin Əliyevi Bakıya yola salarkən, Belarusdan “Polonez”lərin növbəti partiyası göndərildi"
Lakin ermənilərin hədəfində yalnız Rusiya və onun prezidenti Vladimir Putin deyil. Belə ki, digər hədəf Belarus prezidenti Lukaşenkodur. “Cəmi bir neçə gün öncə parlamentin spikeri Şarmazanov Minskə səfəri zamanı Belarus tərəfini Azərbaycanla hərbi-texniki əməkdaşlıq etdiyinə və “Polonez”ləri çatdırdığına görə sərt şəkildə qınayıb”, yazan Tevos Arşakyan bunun KTMT-nin siyasəti ilə qətiyyən uzlaşmadığını bildirib: “Nə olsun? Putin Əliyevi Bakıya yola salarkən, Belarusdan “Polonez”lərin növbəti partiyası göndərildi və bu barədə Azərbaycanın Müdafiə Nazirliyi, eləcə də təbliğat vasitələri dərhal məlumat yaydılar...”.
Erməni müəllif millətçilik və rasizm baxışından çıxış edərək, belorus xalqını da təhqir etməyi “unutmayıb”. “Çətin ki, Lukaşenkoda və belaruslarda vicdan olsun”, deyə təhqirə keçən erməni siyasi yazarı Arşakyan bunun ardınca həmin xalqı “Rusiyanın üzərindəki zəlilər” adlandrıb: “Rusiyanın üzərində zəli olaraq, onun bütün şirəsini çəkməklə, beloruslar Rusiyanın Qərblə soyuq münasibətlərindən qazanc əldə etmək əleyhinə də deyillər”.
Erməni müəllif Paşinana “xal” qazandrmaa cəhd edərək, erməni həyasızlığından çıxış edərək, təmsil olunduğu işğalçı ölkəsinin baş nazirinin belə bir şəraitdə MDB sammitinə getdiyini bildirib, üstəlik iki dövlət rəhbərini – Putini və Likaşenkonu “diktator” adlandırıb. Necə deyərlər, səfil və kasıb bir ölkə olan Ermənistan adından Rusiya və Belarus kimi ölkələrə erməni minnəti qoyub...
“Biz orada nə qədər çox qalacağıqsa, bizə qarşı Putinin, Lukaşenkonun, Nazarbayevin əks-münasibətləri daha da artacaq...”
Həmin ifadələrə diqqət yetirək: “Maraqlıdır, diktatorlar (armenianreport belə yazır-red.) Putin və Lukaşenkonun Paşinyanla bir yerdə oturması onlara necə təsir bağışlayıb? Onlar hansı üzlə Paşinyaınn əlini sıxıblar?” müəllif erməni həyasızlığını davam etdirib.
Beləliklə, mövcud münasibətlərdən sonra erməni ictimai rəyində ölkənin nəyə görə Kremlin geosiyasi layihələrindən – KTMT, Avrasiya İttifaqı və MDB-dən çıxmaq ehtiyacının olduğu önə sürülür və daha bir siyasi xadim – Qzaxıstanın prezidenti Nursultan Nazarbayev də hədəfə alınır: “Biz orada nə qədər çox qalacağıqsa, bizə qarşı Putinin, Lukaşenkonun, Nazarbayevin əks-münasibətləri daha da artacaq...”
Erməni müəllif bu qurumları tərk edərək, Qərb təşkilatlarına doğru istiqamətin götürülməsindən dəm vurub. Halbuki, Qərbin siyasi dairələri də Ermənistanı lazımsız və heç bir səmərə verməyən ölkə olaraq görürlər. Hər halda, ermənilərin nə qədər dalana sıxışdıqları elə bu məqalədən də açıq-aşkar görünməkdədir.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB