Lavrov: "ABŞ-Rusiya münasaibətləri ən pis dövrünü yaşayır"

Lavrov: "ABŞ-Rusiya münasaibətləri ən pis dövrünü yaşayır"

"Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ABŞ-Rusiya münsaibətlərində mövcud vəziyyəti açıqlayıb. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, XİN başçısı keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiya və ABŞ arasında əlaqələr ən pis dövrünü yaşayır.

“ABŞ-la münasibətlərimiz çox pisdir və artıq həs kəs anlayır ki, bu əlaqələr indiyədək mövcud olan ən pis dövrünü yaşayır”, - deyə Lavrov açıqlayıb.

“ABŞ-la strateji stabillik üzrə dialoq uzun müddətdir inkişaf etmir. Terrorla mübarizə, kiber təhlükəsizlik və strateji sabitlik daxil olmaqla bir sıra mövzularda Moskva ilə Vaşinqton arasında danışıqlarda irəliləyiş çox azdır. Bu barədə danışıqlar artıq gecikib, hesab edirəm ki, bu gecikmə heç də müsbət hal deyil”, - deyə Rusiya xarici işlər naziri qeyd edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə