Military.com: “ABŞ ilk dəfə F-35B-dən hərbi zərbə endirdi” ƏFQANISTANDA
“ABŞ-ın yeni qırıcıları – F35B-lər mövcud olandan bəri tarixində ilk dəfə hərbi zərbələr endirib”. SİA xəbər verir ki, bu barədə bir neçə mənbə hərbi dairələrdə Military.com nəşrinə danışıblar.
Məlumata görə, F-35B Əfqanıstanda “Taliban” hərəkatının hədəflərini müəyyən edərək, zərbələr endiriblər. “Zərbələr son 24 saatda vurulub”, deyə adıçəkilən nəşr yazır.
Bildirilir ki, F-35-lər Amerikanın beşinci nəsil qırıcılarıdır. Lockheed Martin F-35 Lightning II təyyarə proqramı ABŞ-a təxminən 1,5 trilyon dollara başa gəlib. Məhz bu proqram silah istehsalı üzrə dünyanın ən bahalısı kimi qiymətləndirilib. Belə ki, bir təyyarənin istehsalına 150 milyon dollar həcmində xərc çəkilib. Eyni zamanda, qırıcının bir saatlıq uçuşu 35 min dollar nisbətindədir.
Bu qırıcılar üç modifikasiyaya malikdir. F-35B-in uçuşa hazırlığı minimaldır və şaquli eniş imkanı daşıyır.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB