Prezident İlham Əliyev OMV Şirkəti İcraiyyə Şurasının sədrini qəbul edib

Prezident İlham Əliyev OMV Şirkəti İcraiyyə Şurasının sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Avstriyanın OMV Şirkəti İcraiyyə Şurasının sədri Volfqanq Ruttenstorferin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

SİA-nın OMV Şirkəti İcraiyyə Şurasının sədri Volfqanq Ruttenstorfer bu vəzifədə onu əvəz edəcək Gerhard Royssi dövlətimizin başçısına təqdim edib.

Görüşdə Avstriyanın OMV Şirkətinin Azərbaycanın neft və qaz yataqlarının birgə işlənilməsində iştirakı imkanlarının, Azərbaycan Dövlət Neft Şirkəti ilə əməkdaşlığının, Nabukko layihəsinin həyata keçirilməsinin perspektivləri ilə bağlı məsələlər müzakirə edilib

Bütün xəbərlər Facebook səhifəmizdə