Ermənistan ordusunda “dedovşina” davam edir QƏTL

Ermənistan ordusunda “dedovşina” davam edir QƏTL

Ermənistanın İstintaq komitəsinin rəhbərinin müşvairi Sona Truzyan əsgər Vanik Gevorkyanın ölümü ilə bağlı bildirib ki, ona qarşı zorakılıq tətbiq edilib. SİA-nın məlumatına görə, sözügedən məsələ ilə bağlı NEWS.am-a danışan Truzyan deyib: “Hərbçinin cəsədi sentyabrın 2-də N saylı hərbi hissənin fəaliyyət göstərməyən kazarmasında asılmış vəziyyətdə aşkar edilib. İstintaq zamanı əldə edilən məlumatlardan sonra bəlli olub ki, o, zorakılığa məruz qalaraq, digər əsgər tərəfindən qətlə yetirilib. Qatil saxlanılıb və barəsində cinayət işi qaldırılıb”.

Qeyd edək ki, son bir neçə ayda bu kimi hadisələr bir neçə dəfə təkrarlanıb və Ermənistan ordusunda “dedovşina” mühiti davam etməkdədir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə