Lənkəranda Heydər Əliyev muzeyində anım tədbiri keçirilib

Lənkəranda Heydər Əliyev muzeyində anım tədbiri keçirilib

Lənkəranda Heydər Əliyev Muzeyində ulu öndərə həsr olunmuş anım tədbiri düzənlənib. SİA-nın cənub bürosunun məlumatına görə, şəhər ictimaiyyətinin qatıldığı tədbir Dövlət Himninin səslənməsi ilə başlanıb. Sonra Muzeyin fond müdiri Aygün İbrahimova çıxış edərək müasir Azərbaycanın memarı Heydər Əliyevin Azərbaycan xalqı üçün gördüyü işlərdən danışıb.

Bildirib ki, dahi şəxsiyyət heç zaman unudulmur.Ulu öndəri yad etmək hər bir azərbaycanlının borcudur.

Tədbirdə məktəblilərin ifasında ulu öndərin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya səsləndirilib.

Sonda tədbir iştirakçıları ümummlli liderə həsr olunmuş sənədli filmə baxıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə