Azərbaycan-Ukrayna biznes forumu keçiriləcək

Azərbaycan-Ukrayna biznes forumu keçiriləcək
MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının dünən keçirilmiş iclası çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarovla Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko arasında ikitərəfli görüş keçirilib. SİA-nın məlumatına görə, tərəflər Azərbaycan-Ukrayna ikitərəfli münasibətlərinin gələcəkdə daha da inkişafı perspektivlərini müzakirə ediblər. Danışıqlar zamanı əsas diqqət 2011-ci ildə keçiriləcək Azərbaycan-Ukrayna biznes forumunun müzakirəsinə yönəlib. Görüş çərçivəsində hər iki ölkənin xarici işlər nazirlərinin gələn üçün qarşılıqlı səfərləri barədə razılığa gəlinib.

Bütün xəbərlər Facebook səhifəmizdə